Rusiya-Ukrayna müharibəsində Lənkərandan olan həmyerlimiz ölüb.
Cenublu.az-ın verdiyi xəbərə görə, əslən Lənkəran rayon Separadi kəndindən olan Rusiya vətəndaşı 52 yaşlı Zöhrab Əbülhəsən oğlu Əzimov Ukraynada gedən hərbi əməliyyatlar zamanı öldürülüb.
Əldə etdiyimiz məlumata görə, Z.Əzimov bir neçə ay bundan əvvəl döyüşlərə qatılıb və bir çox şəhərlərdə savaşıb. O, Rusiya-Ukrayna sərhədində, Belqorod şəhəri istiqamətində gedən döyüşlərdə aldığı güllə yarasından ölüb.
Qeyd edək ki, Z.Əzimov ailəli olub və qız uşağı atası idi.