Qaradağ rayonunda daş karxanasında işləyən 49 yaşlı kişi yıxılaraq ölüb.
Hadisə ötən gün rayonun Qızıldaş qəsəbəsində baş verib.
Cəlilabad rayon sakini Əkram Əliyev işlədiyi daş karxanasında ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa.аz