Redaksiyamızın bir neçə gün öncə işıqlandırdığı vəziyyəti pis olan oturacaqlar təmir edilib. Bu haqda bu gün, 6 mart tarixində Cenublu.az xəbər verir.
Sözügedən oturacaqlar Qala Xiyabanı ərazisində yerləşir. Bir neçə gün öncə parkın ərazisində yerləşən oturacaqların üstü dağılmış, taxtaları sökülmüşdü. Cenublu.az-ın paylaşımından sonra qeyd olunan problem həll yolunu taparaq müvafiq orqanlar tərəfindən təmir işləri görülüb.