Oktyabrın 3-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az -a verilən məlumata görə, düşən yağıntının miqdarı Lənkəranda 56 (aylıq normanın 22%-i), Astarada 29, Sabirabadda 25 (aylıq normanın 61%-i), Yardımlıda isə 14 mm-dir.