top
Prezident İlham Əliyevin doğum günüdür
23 dekabr 2024, 13:00
- ↺ +

Prezident İlham Əliyevin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.

Dövlət başçısının 63 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.İlham Əliyev 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2020-ci ilin sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Ərazilərin işğaldan azad olunması ilə bağlı şad xəbərləri Azərbaycan xalqına Prezident İlham Əliyev çatdırıb.

İlham Əliyev 1983-cü ildə Mehriban Əliyeva ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.

Cenublu.az kollektivi cənab Prezidenti doğum günü münasibəti ilə təbrik edir, dövlət başçısına uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayır!

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:14

Prezident İlham Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım edib

Siyasət
Bu gün, 00:01

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 17:51

Cəlilabadda məktəbin yanındakı transformator təhlükə yaradır

Bütün xəbərlər
Dünən, 17:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Dünən, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Dünən, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Dünən, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Dünən, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Dünən, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Dünən, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Dünən, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Dünən, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Dünən, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
10 noyabr 2026, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
10 noyabr 2026, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
10 noyabr 2026, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
10 noyabr 2026, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
10 noyabr 2026, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
10 noyabr 2026, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
10 noyabr 2026, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

Oxşar xəbərlər