Masallı rayonu təhsil sektorunun dəstəyi və Dəmirçi kənd ümumi orta məktəbinin ibtidai sinif müəllimi Leyla Şıxəlizadənin təşəbbüsü ilə "Həmrənglilər tamaşası" nümayiş etdirilib.
Azertag.az xəbər verir ki, Dəmirçi kənd ümumi orta məktəbinin şagirdləri tamaşada göstərdikləri maraqlı və yumoristik səhnələrlə qonaqları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar sevindiriblər.
Şagirdlər müxtəlif tamaşalar təqdim edib, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, musiqilər ifa ediblər.
Tədbirin sonunda Şaxta baba və Qar qız səhnəyə çıxaraq uşaqlarla birlikdə Yeni il bayramını qeyd ediblər.