Masallı rayonunda tövlədə baş verən yanğın nəticəsində ot bağlamaları və dam örtüyünün bir hissəsi yanıb.
Cenublu.az xəbər verir ki, hadisə rayonun Şıxlar kəndində qeydə alınıb. Ümumi sahəsi 105 kvadratmetr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb. Həmçinin tövlədə saxlanılan 3 ton ot bağlaması alovlara təslim olub.
Yanğın zamanı tövlənin qalan hissəsi və digər ot bağlamaları yanğından mühafizə olunub. Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.