Masallıda kişi ov tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.
Hadisə rayonun Köçəkli kəndində baş verib. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayonunun Köçəkli kənd sakini Muradov Əli Ağabala oğlunun ov tüfəngi ilə ehtiyatsız davrandığına görə xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Həmin şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.