Masallı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev və Neft strategiyası” adlı sənədli filmin nümayişi baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 sentyabr tarixində verir.
Belə ki, Azərbaycan televiziyası tərəfindən hazırlanan sənədli filmdə Heydər Əliyevin müəllifi olduğu neft strategiyasından, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasından və demokratik Azərbaycan dövlətinin yaranmasından bəhs olunub.