top
Masallıda 2 kəndin yolu yenilənib
Bu gün, 16:40
- ↺ +

Masallıda 2 kəndin yolu yenilənib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə Prezidentinin Sərəncamına uyğun olaraq, Masallı rayonunda 2 kəndin yolunu yeniləyib.

Cenublu.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, ümumi uzunluğu 23 km olan Xıl-Sirəbil-Çayqıraq-Molalan-Allahyarlı marşrutu üzrə avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir. Layihə yolboyu yerləşən yaşayış məntəqələri arasında rahat və təhlükəsiz gediş-gəlişin təmin olunmasına, həmçinin yük və sərnişin daşımalarının asanlaşdırılmasına xidmət edir.

Tikinti işləri layihəyə və texnoloji ardıcıllığa uyğun şəkildə həyata keçirilir. Əraziyə lazımi sayda canlı qüvvə və xüsusi texnika cəlb olunub.

Əvvəllər yararsız asfalt, torpaq və çınqıl örtüklü olan yollar IV texniki dərəcəyə uyğun yenidən qurulur.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən aparılan işlər çərçivəsində artıq 3,5 km uzunluğa malik Molalan və 6,4 km uzunluğa malik Allahyarlı kənd yollarının yenidən qurulması tamamlanıb. Hər iki yol müasir standartlara uyğun vəziyyətə gətirilərək vətəndaşların istifadəsinə verilib.

Layihə üzrə digər 3 kənd yolunda tikinti işləri davam etdirilir. 8,2 km uzunluğundakı Xıl–Sirəbil hissəsində torpaq işləri yerinə yetirilib, suötürücü boruların quraşdırılması isə yekunlaşmaq üzrədir. Digər hissələrdə də layihə üzrə nəzərdə tutulan tikinti işləri mərhələli şəkildə icra olunur.

Tikintinin son mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi həyata keçiriləcək.

Layihənin tam başa çatdırılması ilə Masallı rayonunun sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqələri yaxşılaşdırılacaq, vətəndaşların rahat və təhlükəsiz hərəkəti təmin ediləcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Bu gün, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

Siyasət
Bu gün, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Bu gün, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Bu gün, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Bu gün, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Bu gün, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
Bu gün, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 11:37

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Bu gün, 11:00

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Bu gün, 10:26

Bu gündən əsgərlər ehtiyata buraxılır

Kriminal
Bu gün, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Bu gün, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
Dünən, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
Dünən, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
Dünən, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
Dünən, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
Dünən, 14:30

İgid şəhidimizin anım günüdür

Kriminal
Dünən, 13:50

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi

Bütün xəbərlər
Dünən, 13:15

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Cəmiyyət
Dünən, 12:40

Oktyabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Kriminal
Dünən, 12:05

Lənkəranda qardaşların mülk davası: biri digər ikisini döydü

Bütün xəbərlər
Dünən, 11:30

Bacısını görməyən şəhidimizin ad günüdür

Oxşar xəbərlər