Bu gün Vətən müharibəsi şəhidi Toğrul Məmmədzadənin ad günüdür.
Toğrul Pərviz oğlu Məmmədzadə 2001-ci il oktyabrın 1-də Sabirabad rayonunun Qaratəpə kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Toğrul Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrın 18-da Ağdərə istiqamətində şəhid olub. Sabirabad rayonunda dəfn olunub.
"Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.