Lerik rayonunun Loda kəndindəki yolların vəziyyəti ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanıb.
Cenublu.az xəbər verir ki, Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Famil Teymurov şəhid Gündüz Etibar oğlu Əliyevin anım günü ilə əlaqədar sözügedən kənddə olarkən yolların təmir olunmasının vacibliyini diqqətə çatdırıb.
Famil Teymurov bildirib ki, sakinlər yolun təmir edilərək gediş-gəliş üçün normal vəziyyətə gətirilməsini istəyirlər.
1981-ci ildə Astaranın Əzərüd kəndində anadan olan Pəncəli Teymurov 17 il Azərbaycan Ordusunda xidmət edib. Aprel döyüşlərində qəhrəmancasına şəhid olub və Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.