Masallıda qanunsuz ovla məşğul olan şəxs aşkar edilib.
Cenublu.az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerdə Hacıtəpə kənd sakini E.Əhədovun qanunsuz olaraq ov etdiyi müəyyən olunub. Ondan 1 ədəd "Stoeger" markalı tüfəngi, ov alətləri və qanunsuz ovladığı çöl quşları tapılıb.
Fakt üzrə araşdırma aparılır.