Bu gün antiterror tədbirləri zamanı şəhid olan Xəlilov Yusif Məmmədrza oğlunun doğum günüdür.
Yusif Xəlilov 1983-cü il aprelin 30-da Lənkəran rayonunun Veravul kəndində anadan olub. Orta təhsilini Canəli Əzimov adına 2 saylı tam orta məktəbdə alıb.
O, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.