Lənkəran şəhərinin Viravul kəndində yanğın hadisəsi olub.
Fövqəladə Hallar Nazirliyin Mətbuat Xidmətindən Cenublu.az-a verilən məlumata görə, 31 oktyabr saat 08:50-dək adıçəkilən kənddə ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və damında yığılan 2 ton ot bağlaması yanıb. Tövlənin, ot bağlamalarının qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.