Media nümayəndələri Lənkəran şəhərində şəhid ailələri və müharibə veteranları üçün yaradılan kiçik təsərrüfatlarla tanış olublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində Azərtac-a istinadən verir.
Özünüməşğulluq proqramı çərçivəsində jurnalistlər əvvəlcə Vətən müharibəsi veteranı Urfan Babayevin xidmət sahəsində olublar. O, dönərxana zərfi üzrə avadanlıqlarla təmin olunaraq öz işini qurub.
Daha sonra şəhid Kənan Axundovun bacısı Sevda Axundova və müharibə veteranı Qədir Həsənov üçün yaradılmış kiçik təsərrüfatlarla tanışlıq olub. Sevda Axundova un məmulatları istehsalı sahəsi, Qədir Həsənov isə dülgər sexi yaradıb.
Qeyd olunub ki, layihə çərçivəsində ümumillikdə 10,3 min nəfər üçün kiçik biznes sahələri yaradılıb.