Lənkəranda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Region Gənclərinin və İdmançılarının Həmrəylik Forumu baş tutacaq.
Cenublu.az xəbər verir ki, tədbir dekabrın 24-ü, saat 11:00-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçiriləcək.
Həmrəylik Forumunda regionda il ərzində idman və gənclər sahəsində uğur qazananlar təltif ediləcəklər.
Həmçinin ölkə, beynəlxalq yarışlarda qalib olan idmançılar, il ərzində həyata keçirilən layihələrdə fəal iştirak edən gənclər, idarənin keçirdiyi tədbirlərdə tərəfdaş və əməkdaşlıq edən dövlət qurumları, ictimai birliklər, təşkilatların nümayəndələri təltif olunacaq.