Lənkəranda kişini elektrik cərəyanı vuraraq öldürüb.
Cenublu.az xəbər verir ki, hadisə Velədi kəndində baş verib. Belə ki, rayon sakini Əzizağa Ağayev səhər saatlarında balıq tutmaq məqsədi ilə Lənkəran çayına gedib. O, balıq tutmaq istəyərkən qırmağı ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə toxunub. Bu zaman onu elektrik cərəyanı vurub. Ə.Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.