top
Lənkəranda böyüyən son Osmanlı əsgəri - VİDEO
06 dekabr 2024, 04:23
- ↺ +

Lənkəranda böyüyən son Osmanlı əsgəri - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Novruz Cəfərov 7 yaşında ikən, 1918-ci ildə Nuri Paşanın komandanlığı altındakı hərbi hissə ilə birlikdə Azərbaycana gəlib. Onun əsl adı Əhməd olub. Əhmədin atası - yüksək rütbəli Osmanlı zabiti olan Nemətullah bəy oğlunu əmanət edə biləcəyi bir qohumu olmadığı üçün onu özü ilə bərabər gətirmişdi. Hərbi hissənin İstanbulda başlayan uzun və yorucu səfəri Gəncədə başa çatır. Şəhərə daxil olarkən Əhmədin atası onu uşaq evinə verir. Sonra da Azərbaycanın daxili ərazilərində davam edən döyüşlərdə iştirak etmək məqsədiylə müharibəyə gedir.

Balaca Əhmədin Gəncədəki günləri çox çətin keçir. Uşaq evində qaldığı iki il boyunca heç nə balaca Əhmədi təsəlli etmir.

Bu vaxt Azərbaycan müstəqilliyini elan edir. O zaman doqquz yaşında olan Əhməd atasından xəbər almaq düşüncəsiylə əvvəlcə Bakıya, sonra da İran sərhədinə yaxın olan Lənkəran şəhərindəki uşaq evinə göndərilir. 28 aprel 1920-ci ildə rus ordusu Azərbaycanı yenidən işğal edincə bu vaxta qədər ölkədə qalmış Osmanlı əsgərləri bir-bir, iki-iki İrandan vətənlərinə qayıdırlar. Əhməd atasından xəbər almaq ümidi ilə uşaq evindən qaçaraq İranın Astara şəhərinə gedir. Bir il boyunca atasının izini tapmağa çalışır, lakin heç nəyə nail ola bilmir. O, yenidən Lənkərana qayıdaraq uşaq evində yaşamağa başlayır. 

Bolşeviklərin hakimiyyətdə olduğu Azərbaycan torpaqlarında Osmanlı əsgərlərini mühakimə edən məhkəmələr qurulmuşdu.

Atası Nemətullah bəy bütün təhlükələrə baxmayaraq, əsla geri dönmək istəmir. Oğlunu tapmaq məqsədilə paytaxtdan ayrılır və Lənkərana üz tutur. Bir gün Lənkəranın küçələrini dolaşarkən balaca Əhmədin ata fəryadını eşidir və həyatının ən xoşbəxt gününü yaşayır.

Osmanlı zabiti Nemətullah bəy əvvəlcə sovet vətəndaşı Nemət olur. Balaca Əhmədin adı da Cəfərov Novruz olur. Nemətullah bəy tapdığı köhnə bir akkordeon ilə toylarda və bayramlarda ifa edərək çörək pulu qazanmağa başlayır. Lənkəranda akkordeonçu Nemət olaraq ad qazanır. Azərbaycanlı xanım ilə ailə qurur və Novruzun üç qardaşı olur.

Novruz 2006-cı ildə 96 yaşında vəfat edib. 

Təqdim etdiyimiz videoda, o, Lənkəranda yaşadıqlarından və talış xalqının mərdliyindən iftixarla bəhs edir.

 


 











View this post on Instagram























 

A post shared by Cenublu.Az (@cenublu.az)


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:14

Prezident İlham Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım edib

Siyasət
Bu gün, 00:01

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 17:51

Cəlilabadda məktəbin yanındakı transformator təhlükə yaradır

Bütün xəbərlər
Dünən, 17:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Dünən, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Dünən, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Dünən, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Dünən, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Dünən, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Dünən, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Dünən, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Dünən, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Dünən, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
10 noyabr 2026, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
10 noyabr 2026, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
10 noyabr 2026, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
10 noyabr 2026, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
10 noyabr 2026, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
10 noyabr 2026, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
10 noyabr 2026, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

Oxşar xəbərlər