Lənkəran Dövlət Universitetində (LDU) “Türk dövlətləri tərkibində inteqrasiya prosesləri: Müasir çağırışlar və hədəflər” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans təşkil olunub.
AzEdu.az xəbər verir ki, onlayn və canlı formatda keçirilən konfransa Türkiyə, Macarıstan, Özbəkistan, Rumıniya, Qazaxıstan, Qırğızıstan və s. ölkələrin ali təhsil ocaqlarından və elmi təşkilatlarından nümayəndələr qatılıb. Ümumilikdə, 25 ali təhsil müəssisəsi və elmi təşkilatlarının nümayəndələri Beynəlxalq elmi-praktiki konfransa 80 tezis təqdim ediblər.
Plenar iclasdan sonra konfrans işini bölmə iclaslarında davam etdirib.