top
Lənkəran məktəblərində istiliyin verilişi dayandırılıb? - Açıqlama
10 yanvar 2023, 05:00
- ↺ +

Lənkəran məktəblərində istiliyin verilişi dayandırılıb? - Açıqlama

Qarlı hava şəraiti ilə əlaqədar Lənkəran şəhər məktəblərində istiliklə bağlı problemlər yaranıb. Bu iddia ilə valideynlər bu gün, 10 yanvar tarixində Cenublu.az-a müraciət ediblər.

Əsasən, şəhər 2 saylı tam orta və 4 saylı humanitar təmayüllü məktəb-liseyin valideynləri bizə müraciət edərək bildiriblər ki, son 2 gün ərzində məktəbdə istilik yoxdur.

“Rəsmi qurumlar qarlı hava şəraitinin məktəblərdə davamiyyətə təsir etdiyini söyləyirlər. Amma demirlər ki, məktəblərdə istilik yoxdur. Hava soyuyan kimi istiliyi kəsdilər. Soyuq sinif otağında şagirdlər necə otursunlar axı?”, - valideynlər bildiriblər.

Məsələ ilə bağlı Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Namiq Məmmədovla əlaqə saxladıq.

Namiq bəy məsələni araşdırdıqdan sonra bildirdi: “Həm Təhsil şöbəsinin rəhbəri, həm də məktəb rəhbəri ilə əlaqə saxladıq. Hazırda qaz təchizatı ilə bağlı heç bir problem yoxdur. Ayın 8-dən 9-na keçən gecə bütün məktəblərin qaz xəttində güclü qaz sızması aşkar olunmuşdur. Ona görə də dünən səhər saatlarında, hardasa 2-3 saat ərzində məktəblərə qazın verilişi dayandırıldı. Daha sonra problemi aradan qaldırdıq və qazın verilişi bərpa olundu. Hal-hazırda heç bir məktəbdə istiliklə bağlı problem yoxdur”.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:58

Lerikli şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 11:20

Azərbaycanda Həcc üçün müraciət edənlərin sayı AÇIQLANDI

Siyasət
Bu gün, 10:40

DYP sürücülərə müraciət etdi

Cəmiyyət
Bu gün, 10:17

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı Xalq artistinin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:11

Bəzi ərazilərə yağış yağıb - Faktiki hava

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Dünən, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Dünən, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Dünən, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Dünən, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Dünən, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Dünən, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Dünən, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Dünən, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Dünən, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Dünən, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Dünən, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Oxşar xəbərlər