İmişli rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report.аz məlumat verir ki, hadisə rayonun Çahar kəndi ərazisində qeydə alınıb. Qəza zamanı "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub.
Nəticədə xəsarət alan dörd nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.