İmişlidə məktəbli komadan ayılmayıb.
Cenublu.az xəbər verir ki, İmişli rayonu, Allahmədətli kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdi Kamilə Bədəlzadə vəfat edib.
Bu barədə məlumat məktəbin rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.
Bildirilib ki, bir neçə gün əvvəl Kamilə Bədəlzadənin halı pisləşib və o, komaya düşüb. Həkimlərin səylərinə baxmayaraq, məktəbli 5 gün komada qaldıqdan sonra həyatını itirib.