top
“Göyərtədə uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib” – istehsalçı şirkət
25 dekabr 2024, 23:26
- ↺ +

“Göyərtədə uçuşa mane olacaq heç bir qüsur aşkar edilməyib” – istehsalçı şirkət

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu Aktaudakı təyyarə qəzasından sonra rəsmi açıqlama verib.

Cenublu.az xarici mediaya istinadən məlumat verir ki, şirkət təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur aşkar edilmədiyini, hətta bunu “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin də təsdiqlədiyini bəyan edib: “Həlak olanların ailələrinə, dostlarına, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz bütün prosesləri yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq”.

AZAL-ın məlumatında isə deyilir ki, hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir. Təyyarənin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.

Xatırladaq ki, ötən gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində 38 nəfər həlak olub. 29 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.

Qeyd edək ki, “Embraer Е190 AR” model təyyarələr 2004-cü ildən istehsal olunur. Konfiqurasiyasından asılı olaraq, 100-124 sərnişin daşıya bilir. İki General Electric CF34 -10E mürəkki ilə təchiz olunub, maksimal uçuş məsafəsi 5000 km-dir. Maksimal uçuş çəkisi 51,8 tondur.

Beynəlxalq bazarlarda bu modelin rəqibləri Kanadanın “Bombardier CRJ-1000”, Avropanın “Airbus A220-100 “və “Airbus A318”, ABŞ-nin “Boeing 717”, “Boeing 737-500” və “Boeing 737-600” təyyarələridir.

“Embraer E190”in ən iri alıcıları ABŞ-nin “SkyWest Airlines”, “Republic Airways” və “Envoy Air” aviaşirkətləridir. MDB ölkələrindən AZAL-dan başqa Embraer-in fərqli modellərini 2021-ci ilədək Belorussiyanın “Belavia”, Rusiyanın S7 və “İkar” aviaşirkətləri alırdı.

Embrayer E-Jet xəttindən (Е170, Е175, Е190 и Е195) 2024-cü ilin iyulunadək cəmi 1695 təyyarə istehsal olunub. Müxtəlif hadisələr zamanı onlardan 8 təyyarə istismardan çıxarılıb (onlardan 5-i əsasən sərt eniş nəticəsində ciddi xəsarətlərdən sonra).

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:14

Prezident İlham Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım edib

Siyasət
Bu gün, 00:01

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 17:51

Cəlilabadda məktəbin yanındakı transformator təhlükə yaradır

Bütün xəbərlər
Dünən, 17:10

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər
Dünən, 16:30

Zəfərə 6 gün qalmış şəhid olan igidimiz

İdman
Dünən, 15:55

"Erzurumspor" daha Nəriman Axundzadəni istəmir? — Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 15:11

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:33

Piylənmə diaqnozu qoyulan uşaqların çoxu oğlandır

Bütün xəbərlər
Dünən, 13:57

Lənkəranın tanınmış ziyalısı Maarif Heydərov vəfat edib

İqtisadiyyat
Dünən, 13:28

Azərbaycan çayına COP31-də də çox böyük maraq var

Bütün xəbərlər
Dünən, 12:49

Astarada "Qazel" aşdı: 10-a yaxın yaralı var

Bütün xəbərlər
Dünən, 12:20

Lənkəranlı alim siyasi elmlər doktoru oldu

Bütün xəbərlər
Dünən, 11:40

Biləsuvar sakini dəm qazından ölüb

Bütün xəbərlər
Dünən, 11:11

Lənkəranda kişi arvadının vurduğu iynədən şoka düşüb öldü

Bütün xəbərlər
Dünən, 10:35

Cəlilabadlı şəhidin qardaşı mayor rütbəsi aldı

Bütün xəbərlər
Dünən, 10:00

Polkovnik-leytenant Ramiz Cəfərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
10 noyabr 2026, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
10 noyabr 2026, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
10 noyabr 2026, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
10 noyabr 2026, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
10 noyabr 2026, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
10 noyabr 2026, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
10 noyabr 2026, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

Oxşar xəbərlər