top
FHN Cəlilabadda təlim keçirib - VİDEO
01 noyabr 2024, 06:04
- +

FHN Cəlilabadda təlim keçirib - VİDEO

Cəlilabadda Fövqəlada Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin təlimi təkil olunub, tədbirə 391 nəfər şəxsi heyət və 48 ədəd texnika cəlb edilib.

Cenublu.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə 2024-cü il üçün hazırlıq planına müvafiq olaraq Cəlilabad rayonunda "irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsəddiq Əsədov, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, FHN-nin aidiyyəti qurumlarının nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon Fövqəladə Hallar Komissiyası, rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Öncə təlim üçün nəzərdə tutulan qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəisi polkovnik-leytenant Müsǝddiq Əsədov, mülki müdafiə tədbirlərının icra vəziyyətindən danışaraq bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin və fövqəladə halların nəticələrinin aradan qaldırılması vacibliyini bildirib.

Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal bas verən ərazidə ümumi və xüsusi kəşfiyyatın aparılması, ərazinin mühafizəsi əraziyə giris-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, ətrafa dağılan güclü təsiredici zəhərləyici maddələrin neytrallaşdırılması və yayılmasının qarşısının alınması, partlayış baş verən obyektdə axtarış-xilasetmə işləri həyata keçirilib. Eyni zamanda, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin reallaşdırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri yerinə yetirilib.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyının qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

@cenublu_az FHN Cəlilabadda təlim keçirib. #lənkəran ♬ оригинальный звук - Cenublu Az

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
Dünən, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
Dünən, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
Dünən, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
Dünən, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
Dünən, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Cəmiyyət
Dünən, 13:03

Cəlilabad sakini ölü döl dünyaya gətirib

Kriminal
Dünən, 12:26

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:53

Masallı sakini Rusiyada qəfil vəfat etdi

Siyasət
Dünən, 11:30

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Bütün xəbərlər
Dünən, 10:55

Qarabağ müharibəsi şəhidi Rafiq Məmmədovun doğum günüdür

İqtisadiyyat
Dünən, 10:12

Ev şəraitində hazırlanaraq bazara çıxarılan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

Bütün xəbərlər
Dünən, 09:27

Neftçalada kişi evinin həyətində ölü tapıldı

Bütün xəbərlər
22 sentyabr 2026, 17:04

Cəlilabadda sakin tüfəngdən açılan atəş nəticəsində ağır yaralandı

Bütün xəbərlər
22 sentyabr 2026, 16:40

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Kriminal
22 sentyabr 2026, 16:00

Lənkəranda 76 min manata yaxın pul oğurlayanlar saxlanılıblar

Bütün xəbərlər
22 sentyabr 2026, 15:20

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Bütün xəbərlər
22 sentyabr 2026, 14:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
22 sentyabr 2026, 14:10

Masallıda 4 yaşayış məntəqəsinin qazı müvəqqəti kəsiləcək

Bütün xəbərlər
22 sentyabr 2026, 13:30

Masallının bu məktəbi aylardır işıqsız və susuz qalıb

Bütün xəbərlər
22 sentyabr 2026, 12:50

Lənkəranda 30-dan yuxarı küçədə abadlıq işlərinə başlanılacaq

Bütün xəbərlər
22 sentyabr 2026, 12:10

DYP kənd texnikası sürücülərinə müraciət etdi

İqtisadiyyat
22 sentyabr 2026, 11:31

Azərbaycan nefti ucuzlaşıb

Oxşar xəbərlər