Lerikdə yerləşən tam orta məktəblərdə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə silsilə tədbirlər baş tutub.
Cenublu.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, IX-XI sinif şagirdləri və valideynlərlə keçirilən görüşlərdə Polis Akademiyasına qəbul qaydaları, kursantların maddi, sosial təminatları, imtiyazları barədə ətraflı məlumat verilib.
Növbəti tədris ilindən hüquqşünaslıqla yanaşı İnformasiya təhlükəsizliyi ixtisası üzrə də kursant qəbulunun həyata keçiriləcəyi nəzərə alınaraq qəbulun şərtləri barədə şagirdlər məlumatlandırılıblar.