Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Cenublu.az xəbər verir ki, Cəlilabad Elektrik Şəbəkəsi ərazisində 35/10 kV-luq "Cəlayir" yarımstansiyasından qidalanan 35 kV-luq "Ləkin" hava xəttində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Edişə, Ləkin, Şatırlı, Badamağac, Buravar, Kövüzbulaq, Zəhmətabad, Əsədli kəndlərinin bəzi əraziləri gərginliksiz qalacaq.
Qeyd edək ki, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.