Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Bir sıra məhkəmələrin hakimlərinin təyinatı ilə bağlı təqdimat” əksini tapıb. Bu barədə APA məlumat yayıb.
Belə ki, Astara Rayon Məhkəməsinin hakimi Zamin İbrahimov Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq.