Cəlilabaddan olan şəhid Əmrah Hüseynlinin doğum günü ilə əlaqədar onun ailəsinə baş çəkilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində verir.
Mərasimdə rayon Mədəniyyət Mərkəzi və 4 saylı şəhər klubunun əməkdaşları iştirak ediblər. Sonra mədəniyyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər.
Qeyd edək ki, Əmrah Hüseynli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.