Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun dekabr ayında keçirəcəyi səyyar qəbulların qrafiki təqdim edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 noyabr tarixində verir.
Belə ki, görüşlər:
- 6 dekabr saat 15:00-da Ocaqlı kənd tam orta məktəbində;
- 13 dekabr saat 15:00-da Hacıcavadlı kənd ümumi orta məktəbində;
- 20 dekabr saat 15:00-da Babaxanlı kənd ümumi orta məktəbində;
- 27 dekabr saat 15:00-da Şükürlü kənd tam orta məktəbinin akt zalında təşkil olunacaq.