Cəlilabad rayonunda birmətəbəli 4 otaqlı evdə yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Hadisə Lallar kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 120 kv.m olan evin yanar konstruksiyaları və ev əşyaları alovlanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
Alov mühafizə bölmələri tərəfindən söndürülüb.