Cəlilabadda tövlə yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində verir.
Hadisə rayonun Dövlətalıbəyli kəndində baş verib. Ümumi sahəsi 20 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 1,5 ton ot bağlamasının 700 kiloqramı yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.