Oktyabrın 31-i Astaradan olan şəhid polkovnik-leytenant Nail Rəfail oğlu Orucovun anıldığı tarixdir.
Nail Orucov 1978-ci il iyunun 11-də Astara rayonunun Məsçitməhəllə kəndində anadan olub.
1995-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən N.Orucov 2016-ci ildə ehtiyata buraxılıb.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Nail Orucov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. N.Orucov oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.