Biləsuvar rayonunda şəhid anası dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, şəhid Vurğun Rzayevin anası Mənsumə Rzayeva həyatını itirib.
Qeyd edək ki, I Qarabağ müharibəsi şəhidi Vurğun Rzayev 1994-cü il mayın 12-də Ağdam rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb.