Astara Rayon Mərkəzi Xəstəxanasında məktəblilər üçün ekskursiya təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 noyabr tarixində verir.
Belə ki, "Fəaliyyət Planı"na əsasən, Z.Bünyadov adına Astara şəhər 2 nömrəli tam orta məktəbinin şagirdləri biologiya müəllimləri Turan Ağayeva və Elvira Axundzadənin rəhbərliyi altında Mərkəzi Xəstəxananı ziyarət ediblər. Burada şagirdlər müxtəlif şöbələrlə tanış olublar.