Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Göyəçöl ərazisinin sakinləri ilə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 dekabr tarixində verir.
Görüşdə Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayev ötən qəbul zamanı vətəndaşların səsləndirdikləri müraciətlərin həlli vəziyyəti ilə bağlı məlumat verib.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşların onları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib. Qəbulda qaldırılan məsələlərdən bir neçəsi yerində həll edilib, digər məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.
İcra başçısı səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirib.