Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunda yerləşən heyvan kəsimi məntəqələrində monitorinq keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.
Yoxlama zamanı H.Əliyev prospektində fəaliyyət göstərən Yaşar İbadova məxsus müəssisədə nöqsanlar aşkarlanıb. Nəticədə obyekt sahibi barəsində inzibati protokol tərtib olunub.