top
AMEA-nın prezidenti Lənkəran Regional Elmi Mərkəzində illik hesabat yığıncağı keçirib
16 yanvar 2023, 08:00
- ↺ +

AMEA-nın prezidenti Lənkəran Regional Elmi Mərkəzində illik hesabat yığıncağı keçirib

Lənkəran Regional Elmi Mərkəzində illik hesabat yığıncağı baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 yanvar tarixində verir.

İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Cəfərzadə, Akademiyanın Rəyasət Heyətinin üzvləri, akademiklər - Arif Həşimov, İbrahim Quliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Lənkəran rayonunun elm və ali təhsil ictimaiyyətinin, eləcə də aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan İsa Həbibbəyli builki hesabatın əlamətdar tarixə təsadüf etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Heydər Əliyev İli”nin başlandığı vurğulanaraq bildirilib ki, ulu öndərə həsr edilmiş “Heydər Əliyev dövlətçilik ideyaları və müasir dövr” mövzusunda keçirilmiş elmi konfransla Akademiyada “Heydər Əliyev İli” tədbirlərinə start verilib. “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlərin AMEA-nın regionlarda fəaliyyət göstərən elmi bölmə və mərkəzlərində də təşkil olunacağını nəzərə çatdırıb, Lənkəran Regional Elmi Mərkəzində keçiriləcək tədbir barədə müvafiq tapşırıqlar verib.

Sonra AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2022-ci il üzrə hesabatı dinlənilib. Hesabatı təqdim edən Elmi Mərkəzin baş direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev Prezident İlham Əliyevin son illər aqrar sahəyə göstərdiyi xüsusi diqqətin, digər sahələr kimi çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişafı ilə bağlı verdiyi sərəncamların, qəbul edilən Dövlət Proqramlarının bu sahələrin intensiv inkişafı üçün geniş imkanlar açdığını bildirib.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə çıxış edərək regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında, eləcə də 2018-ci ildə çayçılıq, sitrusçuluq və çəltikçiliklə bağlı qəbul edilən Dövlət Proqramlarının Lənkəran rayonunda icra vəziyyəti və gələcəkdə görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Hesabat dinlənildikdən sonra müzakirələr aparılıb, təklif və mülahizələr irəli sürülüb.

Tədbirdən sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və Rəyasət Heyətinin üzvləri Lənkəran Regional Elmi Mərkəzinin təcrübə-sınaq sahəsi ilə tanış olub və həmin sahənin imkanlarının daha da genişləndirilməsi ilə əlaqədar məsələləri müzakirə ediblər. Sahədə yetişdirilən, region üçün xarakterik olan yeni sortların çoxaldılması üçün müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı Xalq artistinin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:11

Bəzi ərazilərə yağış yağıb - Faktiki hava

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Dünən, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Dünən, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Dünən, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Dünən, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Dünən, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Dünən, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Dünən, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Dünən, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Dünən, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Dünən, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Dünən, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Dünən, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Oxşar xəbərlər