top
25 il axtarışda olan Lənkəran sakini bu müddət ərzində necə gizlənib?
09 yanvar 2023, 06:45
- ↺ +

25 il axtarışda olan Lənkəran sakini bu müddət ərzində necə gizlənib?

Oğurluqda təqsirləndirilən və buna görə 25 il axtarışda olan, 9 noyabr 2022-ci ildə Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulan, daha sonra məhkəmə zalından azadlığa buraxılan Rizvan Həsənovun bu müddət ərzində tutulmamasının təfərrüatları məlum olub.

Belə ki, R.Həsənov 1997-ci ilin əvvəlindən başlayaraq müxtəlif vaxtlarda Sahil qəsəbəsində yerləşən “Qaradağ” sement zavodunun ərazisinə daxil olaraq yükdoldurma sexindən 5 dəfə, hər dəfə qiyməti 80 min 805 manat (indiki valyuta ilə 16 manat 16 qəpik) olan 250 kq, ümumi dəyəri 404 min 25 manat (indiki valyuta ilə 80 manat 81 qəpik) olan 1 ton 250 kq sementi gizli yolla talayaraq özü ilə gətirdiyi kisələrə doldurub və hadisə yerində Qaradağ rayon Polis İdarəsinin Mühafizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Polis əməkdaşları onun izahatını alıb və sərbəst buraxıblar. Barəsində hökm çıxarılması üçün iş məhkəməyə göndərilib.

Rizvan isə məhkəməyə getməyib, amma yaşadığı Lənkərana da qayıtmayıb.

Təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğunu bilib və uzun illər Bakı kəndlərində fəhləlik etməklə kirayələrdə yaşayaraq gizlənib. O, qohum-əqrəbası ilə də əlaqə saxlamayıb və bu vaxtadək ailə qurmayıb.

Son illərdə bir neçə dəfə barəsində araşdırmanın nə yerdə qaldığını öyrənmək, həm də sənədlərini bərpa etmək üçün ahıl yaşlı bir qohumu ilə Qaradağ Rayon Məhkəməsinə gedərək maraqlanıb, ovaxtkı işinin aqibətini bilmək üçün rəsmi ərizə də təqdim edib. Lakin dəftərxana bu məsələni araşdırsa da, heç nə tapmayıb, barəsində hər hansı cinayət işinin olmadığı bildirilib.

Rizvan 9 noyabr 2022-ci il tarixində Lənkərandakı evinə gedib və yenidən Bakıya qayıdıb. Lənkəran Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində 1998-ci il yanvarın 12-dən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarış elan edilmiş Rizvan Həsənov Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə gün əvvəl təqsirləndirilən şəxs barəsində Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsində müəyyən edilmiş əsasla həmin Məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edildiyinə görə işə xitam verilib və Rizvan cinayət məsuliyyətindən azad olunub.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:20

Azərbaycanda Həcc üçün müraciət edənlərin sayı AÇIQLANDI

Siyasət
Bu gün, 10:40

DYP sürücülərə müraciət etdi

Cəmiyyət
Bu gün, 10:17

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı Xalq artistinin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:11

Bəzi ərazilərə yağış yağıb - Faktiki hava

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Dünən, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Dünən, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Dünən, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Dünən, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Dünən, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Dünən, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Dünən, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Dünən, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Dünən, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Dünən, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Dünən, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Dünən, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Oxşar xəbərlər