SON XƏBƏRLƏR

Lənkəranın göz bəbəyi sayılan Zindan qalası uçulmaq üzrədir.

Cenublu.az fəaliyyətinin ilk günlərindən bu problemi işıqlandırır. Buna baxmayaraq, tarixi abidənin restavrasiyası üçün hələ də ciddi bir addım atılmayıb.

Keçən ilin yanvar ayında Anar Kərimovun mədəniyyət naziri təyin olunması və bu ilin mart və oktyabr aylarında Lənkərana səfər etməsi lənkəranlılar üçün bir ümid işığı oldu. Lakin məsələnin həlli yenə də uzanmaqdadır və günü-gündən dağılan abidə artıq uçularaq tarixə qovuşmaq üzrədir.

Bu günlərdə Astarada yerləşən və “Ulduz” filminin çəkilişlərində istifadə olunan “Ləm”in dağılması haqda bir çox səhifələr paylaşım edib.

Astara rayon İcra Hakimiyyəti isə tarixi abidənin dövlət qeydiyyatında olmaqla xüsusi mülkiyyətdə olduğunu və aidiyyəti dövlət qurumunun razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına restavrasiya olmasını bildirib.

Bir sözlə, 116 yaşlı tarixi abidə yaxın zamanlarda təmir olunmazsa, tarixə qovuşacaq.

Foto sosial şəbəkələr
Foto sosial şəbəkələr

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda