top
Səfərbərlik Xidməti cərimələrlə bağlı edilən dəyişikliklər barədə müraciət edib
30 aprel 2025, 01:45
- +

Səfərbərlik Xidməti cərimələrlə bağlı edilən dəyişikliklər barədə müraciət edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsində cərimələrlə bağlı edilən dəyişikliklər barədə vətəndaşlara müraciət edib.

Dövlət Xidmətindən Cenublu.az -a verilən xəbərə görə, müraciətdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə hərbi qanunvericilik sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, şəffaflığın təmin olunması və müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının qarşısının alınması, habelə ölkənin çağırış və səfərbərlik resursunun dürüstləşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində 2025-ci il 7 mart tarixli Azərbaycan Respublikası 152-VIIQD nömrəli Qanunu ilə dəyişiklər edilib.

Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə (ilkin hərbi qeydiyyata alınmalı olan, yaşayış yeri üzrə qeydiyyata alınan və ya qeydiyyatdan çıxarılan vətəndaşlar, anket məlumatlarının dəyişdirilməsi, barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü haqqında və s.), çağırışçılar və hərbi vəzifəlilərə çağırış barədə məlumatın verilməməsinə görə vəzifəli və hüquqi şəxslər barədə tətbiq ediləcək inzibati tənbeh tədbirləri sərtləşdirilib.

Həmçinin, ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıran, ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra-Xidmət) aidiyyəti yerli qurumuna müraciət etməyən vətəndaşlar, habelə yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmayan və olduğu yer üzrə hərbi qeydiyyata durmayan, yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları Xidmətin aidiyyəti yerli qurumuna məlumat verməyən çağırışçılar və hərbi vəzifəlilər haqqında inzibati tənbeh növündə tətbiq ediləcək sanksiyalar sərtləşdirilib.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə üzrlü səbəblər olmadan gəlməməsinə görə çağırışçılar və hərbi vəzifəlilər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmçinin inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanına – Xidmətin aidiyyəti yerli qurumuna gəldikdə inzibati məsuliyyətdən azad olunur.

Bununla yanaşı, bu Məcəllənin 606.3-cü maddəsində göstərilən əməl qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırış və ya səfərbərlik üzrə çağırış ilə bağlı törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Mövcud qanunvericilikdə dövlət orqanlarının çağırış prosesinə dəstək verməsi nəzərdə tutulur. Çağırışçılar və ehtiyatda olan hərbi vəzifəlilərin dəqiq uçotu dövlətin müdafiə qabiliyyəti baxımından həyati əhəmiyyət daşıyır. Yaşayış yerini dəyişən çağırışçı və hərbi vəzifəlilərin məlumat verməsi zəruridir. Bu istiqamətdə, eləcə də müddətli həqiqi hərbi xidmətə, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırışdan yayınma hallarının qarşısının alınması sahəsində dövlət nəzarətinin gücləndirilməsi təmin olunacaq”.

Son xəbərlər

Siyasət
Bu gün, 00:01

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Bütün xəbərlər
Dünən, 16:00

Sabah 28 dərəcə isti olacaq - PROQNOZ

Kriminal
Dünən, 14:03

Biləsuvarlı usta mərmər sexində faciəvi şəkildə öldü

Kriminal
Dünən, 13:00

Cəlilabadda ata oğlunun döydüyü şagirdin valideynini bıçaqladı

Siyasət
Dünən, 12:00

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Siyasət
Dünən, 11:08

Son dörd ayda Azərbaycanda 15 mindən çox şəxsə əlillik təyin olunub

Bütün xəbərlər
Dünən, 10:10

II Dünya Müharibəsinin "dəmir pələng"i - HƏZİ ASLANOV

Siyasət
Dünən, 09:01

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:01

Faşizm üzərində qələbəmizdən 81 il keçir

Cəmiyyət
08 may 2026, 17:01

Ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı 5 000-ə yaxınlaşıb

Bütün xəbərlər
08 may 2026, 16:03

Salyanda direktor müavini vəfat edib

İdman
08 may 2026, 15:06

Masallılı boksçu beynəlxalq turnirdən medalla qayıdıb

Kriminal
08 may 2026, 14:00

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanıldı

Kriminal
08 may 2026, 13:01

Xəstə oğluna görə 16 yaşlı gəlin gətirən ataya HÖKM

Kriminal
08 may 2026, 12:06

Qanunsuz kartof əkdi, həbs olundu

Siyasət
08 may 2026, 11:00

Baş prokuror Masallıda vətəndaşları qəbul edəcək

Kriminal
08 may 2026, 10:12

14 insan alverçisi azadlıqdan məhrumetmə cəzasına məhkum edilib

İqtisadiyyat
08 may 2026, 09:04

Makaron məmulatlarının istehsalı artıb

Bütün xəbərlər
07 may 2026, 17:54

Lənkəranda mağazada vaxtı keçmiş məhsullar aşkarlanıb

Siyasət
07 may 2026, 17:03

Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Kriminal
07 may 2026, 15:57

Sabirabadda tiktoker saxlanılıb

İdman
07 may 2026, 15:00

Masallı taekvondoçuları Gürcüstanda 4 medal qazandılar

Bütün xəbərlər
07 may 2026, 14:04

Sabah hava necə olacaq?

Bütün xəbərlər
07 may 2026, 13:09

Masallıdan olan professor vəfat edib

Oxşar xəbərlər