Baş prokuror Kamran Əliyev mayın 15-də Masallıda vətəndaşları qəbul edəcək.
Bu barədə Cenublu.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, saat 10:00-da Masallı rayon prokurorluğunun inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayon sakinlərinin qəbulunu keçiriləcək.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Masallı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən icra olunacaq.