top
Qanunsuz kartof əkdi, həbs olundu
08 may 2026, 12:06
- ↺ +

Qanunsuz kartof əkdi, həbs olundu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurma və torpaq sahəsini özbaşına tutmada təqsirləndirilən Cavid Həsənovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

İttihama görə, Cavid 2015-ci ildən Lənkəranın Boladi kəndində özünə məxsus torpaq sahəsinə bitişik olan və bələdiyyənin istifadəsindəki 4,48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz zəbt edib. Bildirilir ki, o, həmin ərazini tikanlı məftillə hasarlayaraq kartof, buğda, arpa, qarğıdalı və çiyələk əkib-becərib.

Bundan başqa, 2022-ci ildə kənddə su kanalının kənarında həmkəndlisi ilə yaranan mübahisə zamanı qarşı tərəfi itələyərək yerə yıxıb. Nəticədə zərərçəkmiş şəxs qolundan sınıq xəsarəti alıb və ekspertiza bunu sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır xəsarət kimi qiymətləndirib.

Lənkəran Rayon Məhkəməsi onu hər iki maddə ilə təqsirli bilərək 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.

Daha sonra Şirvan Apellyasiya Məhkəməsi sağlamlığa az ağır zərər vurma epizodu üzrə bəraət verib, lakin torpaq sahəsini özbaşına tutma maddəsi üzrə cəzanı qüvvədə saxlayıb. Nəticədə yekun cəza 2 il 11 ay 26 gün müəyyən olunub.

Sonradan isə "Konstitusiya və Suverenlik İli" münasibətilə elan olunan amnistiya aktı əsasında o, cəzadan azad edilib.

Müdafiə tərəfi yekun qərardan narazı qalaraq kassasiya şikayəti versə də, Ali Məhkəmə şikayəti təmin etməyib.

Ad və soyad şərtidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:50

Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır

Bütün xəbərlər
Bu gün, 11:15

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

Kriminal
Bu gün, 10:30

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 09:55

Xan Lənkəranın məşhur ziyalılarını tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 09:22

Vətən müharibəsi şəhidimizin anım günüdür

İdman
Dünən, 18:00

Dekabrda Azərbaycanda kütləvi üzgüçülük yarışı keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:10

Cənubda qazsız evlər: 526 müraciət və illərdir cavabsız qalan şikayətlər

İdman
Dünən, 16:35

Lənkəranda bədii gimnastika üzrə region birinciliyi keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Sabirabadın bu kəndində yağış yağan kimi yollar keçilməz olur - VİDEO

Kriminal
Dünən, 15:15

Evini əxlaqsızlıq yuvasına çevirən 71 yaşlı kişi cəzalandırıldı

Bütün xəbərlər
Dünən, 14:35

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub

Bütün xəbərlər
Dünən, 13:55

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 13:15

35 modul məktəbi istifadəyə veriləcək

Bütün xəbərlər
Dünən, 12:35

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 12:00

Bağça müəllimlərinin sertifikasiyasına başlanılır, 9000-ə yaxın şəxs iştirak edəcək

Bütün xəbərlər
Dünən, 11:15

Mərhum aktyorun qızı: "Məni niyə yetim qoydun, ata?"

Bütün xəbərlər
Dünən, 10:35

Nəvəsinin andiçməsindən sonra meyiti tapılan kişi ilə bağlı - Yeni detallar

Kriminal
Dünən, 10:00

Sevgilisini yumruqlayan cəlilabadlı məhkəməlik oldu

Bütün xəbərlər
Dünən, 09:17

Masallıdan olan şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
12 noyabr 2026, 17:17

Lənkəranda bir ailənin 9 üzvü qidadan zəhərlənib

Bütün xəbərlər
12 noyabr 2026, 16:35

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bütün xəbərlər
12 noyabr 2026, 16:00

Şəhid Mirağa Qasımovun xatirəsi anılır

Bütün xəbərlər
12 noyabr 2026, 15:32

Aktyor Aslan Fətullayev dəfn olundu

Bütün xəbərlər
12 noyabr 2026, 15:00

Masallının bu kəndinin sakinləri yollardan şikayətçidirlər

Oxşar xəbərlər