top
II Dünya Müharibəsinin dəmir pələngi - HƏZİ ASLANOV
09 may 2026, 10:10
- ↺ +

II Dünya Müharibəsinin "dəmir pələng"i - HƏZİ ASLANOV

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Həzi Əhəd oğlu Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlıdır. O,1910-cu ildə Lənkəran rayonunun Gərmətük kəndində anadan olub.

Aslanov ibtidai təhsilini Lənkəranda alıb, sonralar kərpic zavodunda fəhlə işləyib. O, 1924-1929-cu illərdə Zaqafqaziya Hərbi Hazırlıq Məktəbində oxuyub. 1929-cu ildə Aslanov Leninqrad Süvari Məktəbinə daxil olub. Daha sonra o, Kotovski adına 3-cü Bessarabiya süvari diviziyasına vzvod komandiri təyin edilib.

İkinci dünya müharibəsi başlayanda o, Ukraynada xidmət edib. 1941-ci ildən Aslanov öz döyüşçüləri ilə Donbas ətrafında alman qoşunlarının hücumlarını beş ay dəf edib. Həzi 1941-ci ilin dekabrında Moskva ətrafında döyüşlərdə iştirak etdiyinə görə, Qırmızı Ulduz ordeninə layiq görülüb. Xarkov (Ukrayna) və Stalinqrad (Russiya, Volqoqrad) ətrafında gedən döyüşlərdə Aslanovun başçılığı ilə tankçılar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxarıb. Aslanovun döyüşçüləri Kotelnikovo (Russiya, Volqoqrad vilayəti) yaxınlığında gedən döyüşlərdə düşmənin 30 əks-hücumunu dəf ediblər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxardıblar. Bu döyüşə görə podpolkovnik Həzi Aslanov 22 dekabr 1942-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

13 mart 1944-cü ildə ona tank qoşunları general mayoru adı verilib. Aslanov döyüşçüləri ilə 1944-cü ilin iyununda Belorusiya və Pribaltika cəbhəsində vuruşublar. Belorusiyanın iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə (Litva) tərəf gediblər. Bu döyüşdəki qələbəyə görə general ikinci dərəcəli Suvorov ordeninə layiq görülüb. 1944-cü ilin döyüşləri zamanı 8 dəfə Stalin tərəfindən təşəkkür alıb.

24 yanvar 1945-ci ildə Həzi Aslanov Miatva (Latviya, Yelqava) şəhərində dünyasını dəyişib. Onun qəbri Bakıda Şəhidlər Xiyabanında yerləşir və üzərində abidəsi ucaldılıb.

1969-cu ildə Həzi Aslanovun Lənkəran şəhərində ev-muzeyi açılıb, 1983-cü ildə isə Lənkəran şəhərinin mərkəzində onun heykəli qoyulub.

Həzi Aslanova Minsk (Belarus) və Vilnüs şəhərlərini azad etdiyinə görə, 47 il sonra 1991-ci ildə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:32

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

İqtisadiyyat
Bu gün, 11:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
07 noyabr 2026, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
07 noyabr 2026, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
07 noyabr 2026, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
07 noyabr 2026, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Oxşar xəbərlər