Mayın 8-də gözlənilən hava proqnozu açıqlanıb.
Cenublu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda isə qar yağacağı ehtimal edilir. Axşama doğru yağıntının tədricən kəsiləcəyi bildirilir. Bəzi yerlərdə arabir duman da gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-20° isti, dağlıq ərazilərdə gecə 7-12° isti, gündüz isə 18-20° isti olacaq.