Lənkəranda baş verən zəncirvari qəzada 6 avtomobilə ziyan dəyib.
Cenublu.az-ın verdiyi xəbərə görə, hadisə Lənkəran şəhərinin "Böyük Bazar" ərazisində baş verib. Xanım sürücünün idarə etdiyi nəqliyyat vasitəsi idarəetməni itirərək ətrafda olan müxtəlif markalı digər avtomobillərə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, 6 minik avtomobilinə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.