Bəhrəmtəpə-Biləsuvar yolunda avtomobil qəzasında 5 nəfər dünyasını dəyişib.
APA xəbər verir ki, Pərviz Hüseynovun idarə etdiyi "VAZ 21010" markalı minik avtomobili və N.Mehtiyevin idarə etdiyi "MAN" markalı yük avtomobili toqquşub.
Nəticədə “VAZ”ın daxilində olan Cəlilabad rayon sakinləri vəfat ediblər. Onlar 30 yaşlı Pərviz Hüseynov, 33 yaşlı Xoşbəxt Hüseynova, 69 yaşlı Mehriban İsmayılova, 34 yaşlı Aidə Hüseynova və 29 yaşlı Vasif İsayevdir.
Araşdırma aparılır.
Ölənlər hamısı yaxın qohumdurlar. Xoşbəxt Hüseynova toyu planlaşdırılan oğlanın bacısıdır.