Biləsuvar rayonunun Əliabad kəndində şagirdlər üçün yeni yol çəkilib.
Cenublu.az xəbər verir ki, bu barədə M.Piriyev adına Əliabad kənd tam orta məktəbindən məlumat verilib.
Kəndin yeni yaşayış massivlərindən məktəbə yeni yolun çəkilməsi ilə uşaqların məktəbə yolu qısalıb. Həm də daha yağışlı havada palçıqlı yola ehtiyac qalmayıb.
Bu xeyirxah iş Milli Qəhrəman Mübariz İbrahimovun qardaşları Bəhruz və Rəşad İbrahimov tərəfindən görülüb.