Masallı-Yardımlı yolunun piyadalar üçün nəzərdə tutulmuş hissəsi təmir olunub.
Cenublu.az Masallı Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, Masallı-Yardımlı magistral avtomobil yolunun Qəriblər kəndindən keçən hissəsində xeyriyyəçilər tərəfindən ümumi uzunluğu 3,5 km. və eni 1 metrdən çox olan sahəyə çınqıl tökülərək hamarlanıb.