Masallının Köçəkli kəndində yollar təmir olunur. Bu barədə Cenublu.az Masallı Rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Həsənli inzibati ərazisinə daxil olan Köçəkli kəndində ümumi uzunluğu 700 metr olan kənddaxili yola çınqıl tökülərək hamarlanıb və xüsusi texnika vasitəsi ilə bərkidilmə işləri aparılıb.
İşlər Masallı RİH başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilərin dəstəyi ilə həyata keçirilib.